Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasına dair rəsmi xəritələrin imzalanması barədə PRESS-RELİZ
25 oktyabr 2010-ci il
25.10.2010 tarixində Moskvanın Spiridonovka küçəsində yerləşən Rusiya XİN-in İqamətgahında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasına dair rəsmi xəritələrin imzalanması üzrə mərasim keçirilmişdir.
Dövlət sərhədi xəritələrinin albomuna daxil olan və həmin sərhədin xəttini əks etdirən xəritə səhifələri Azərbaycan tərəfindən Xarici işlər nazirinin müavini AR ilə RF arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın həmsədri Xələf Xələfovun, Rusiya tərəfindən isə Prezidentin xüsusi nümayəndəsi, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Qolovinin imzaları ilə təsdiqlənmişdir.
Təntənəli mərasimdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Moskvaya ezam olunmuş müvafiq Azərbaycan dövlət orqanlarının nümayəndələri, Rusiya XİN-in IV MDB ölkələri departamentinin direktoru Andrey Kelin və digər rəsmi şəxslər iştirak etmişdirlər