AZƏRBAYCANIN RF-DAKI SƏFIRI

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin yeni saytına xoş gəlmisiniz!

Bizim sayt artıq uzun mütdətdir ki, strateji partnyorlara çevrilən Rusiya və Azərbaycan arasında münasibətlərin obyektiv şəkildə əks etdirilməsi, eləcə də bu münasibətlərin dinamikasının izlənilməsi, baş verən müxtəlif hadisələrə dövlətin mövqeyinin açıqlanması məqsədini daşıyır.....
  

XƏBƏRLƏR

Domodedovoda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunmuşdur>>>

25 dekabrda moskvaətrafı Domodedovo şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli mərasim keçirilmişdir. Tədbir Rusiyanın əməkdar inşaatçısı, "Günay" kommersiya firmasının prezidenti Əlizaman Rəhimovun rəhbərlik etdiyi Domodedovo Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti - "Kaspi" tərəfindən təşkil olunmuşdur...........>
  


Azərbaycanın Rusiyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir>>>

24 dekabrda Azərbaycanın Rusiyadakı Səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə artıq ənənəyə çevrilmiş illik görüş keçirilmişdir...........>
  


Azərbaycan diasporunun nümayəndələri Moskvaya uşaq bağçası hədiyyə etmişlər>>>

24 dekabrda Moskvada azərbaycanlı sahibkarlar tərəfindən "SET Schools beynəlxalq təhsil mərkəzi" layihəsi çərçivəsində inşa edilmiş uşaq bağçasının təntənəli açılış mərasimi olmuşdur...........>
  


Valentina Matviyenko: "Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədə fəal şəkildə dəstəklənir">>>

Dekabrın 23-də Moskvada Federasiya Şurasında "MDB iştirakçı-dövlətlərin Parlamentlərarası Assambleyası və MDB iştirakçı-dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu arasında qarşılıqlı fəaliyyət haqqında Memorandum" imzalanmışdır...........>
  


Yaroslavlda Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılışı olmuşdur>>>

Dekabrın 22-də Yaroslavl Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin (YAMMM) Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Yaroslavl şəhərinin meri Viktor Volonçunas və Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu mərasimin fəxri qonaqları olmuşlar...........>
  


Moskvada "MDB gəncləri ictimai diplomatiyanın gələcəyidir" başlıqlı forum keçirilmişdir>>>

14 dekabrda Moskvada MDB ölkələrindən siyasi, ictimai, elmi və işgüzar dairələrin gənc nümayəndələrinin Rusiyaya səfər proqramlarının əsas tədbiri olan "MDB gəncləri ictimai diplomatiyanın gələcəyidir" başlıqlı forum keçirilmişdir. Forumun işində Azərbaycan gənclərinin nümayəndələri də (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Assosiasiyası, Azərbaycanın Gənc Tələbə Təşkilatları İttifaqı, Azərbaycanın Rus Gənclər Assosiasiyası və başqa təşkilatlar) iştirak etmişlər...........>
  


Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmişdir>>>

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Moskvada ehtiramla yad edilmişdir. Tədbir Azərbaycanın Rusiyadakı Səfirliyində Heydər Əliyevin büstünün önünə çiçək dəstələrinin qoyulması ilə başlamışdır. Sonra xatirə gecəsi Heydər Əliyev Fondunun köməyi ilə bu yaxınlarda Rusiya paytaxtında açılmış Azərbaycan Mədəniyyəti Mərkəzində davam etmişdir...........>
  


Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi Moskvada qeyd olunmuşdur>>>

10 dekabrda Moskva Millətlər Evində Azərbaycanın Xalq Yazıçısı, görkəmli dövlət və ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş gecə keçirilmişdir...........>
  


Moskvada MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun SSRİ xalq artistlərinin iştirakı ilə yeni il qabağı görüşü və xeyriyyə aksiyası keçirilmişdir>>>

Dekabrın 10-da Moskvada Rusiya Dövlət Kitabxanasının Paşkov Evində MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə, 2011-ci il "Tarixi-mədəni irs" ilinin yekunlarına, Humanitar Əməkdaşlıq Şurasının və DHƏF-in 5 illiyinə həsr olunmuş ənənəvi Yeni il qabağı görüşü və xeyriyyə aksiyası keçirilmişdir...........>
  


Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Rusiyanın ali məktəblərinin birinci kursunda təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür>>>

Dekabrın 7-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın sədri Leyla Əliyeva Rusiyanın ali məktəblərinin birinci kursunda təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür. Görüşdə Moskvadan və Rusiyanın regionlarından olan 500-dən çox tələbə iştirak etmişdir...........>
  


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda Azərbaycana həsr edilmiş gecə keçirilmişdir>>>

Dekabrın 5-də Moskvada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun təşəbbüsü ilə Azərbaycanın dövlət müstəqilliyini bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı gecə keçirilmişdir. İnstitutun dəyirmi zalında keçirilmiş tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu, institutun direktoru Mixail Meyer, müəllim və tələbələri iştirak etmişlər...........>
  


Moskvada Tahir Salahovun sərgisi açılıb>>>

Cari ilin 29 noyabr tarixində Moskvada, "Aydan qalereya"da böyük ustad, Rusiyanın və Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Dövlət mükafatları laureatı, dünyanın 20-dən çox rəssamlıq akademiyasının və digər yaradıcılıq təşkilatının üzvü Tahir Salahovun əsərlərindən ibarət "Min bir gecə" adlı sərgi açılmışdır...........>
  


Moskvada Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı keçirilmişdir>>>

Cari ilin 25 noyabr tarixində Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III qurultayı keçirilmişdir. Burada Rusiya Federasiyasının müxtəlif bölgələrindən 119 nümayəndə iştirak etmişdir. Qurultayda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiyaya səfər etmişdir. Rusiya tərəfindən qurultayda Rusiya Federasiyası Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov, Regional əməkdaşlıq, millətlərarası siyasət və dini təşkilatlarla əlaqələr Departamentinin rəhbəri Yuriy Artyux və Dövlət Dumasının MDB və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Aleksey Ostrovskiy iştirak etmişdilər...........>
  


Moskvada Azərbaycan və Rusiya Prezidentlərinin administrasiyalarının rəhbərlərinin görüşü keçirilmişdir>>>

Cari ilin noyabrın ayının 24-də Kremldə Rusiya Federasiyasının Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin ilə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görüşü olmuşdur...........>
  


A.Paşazadə Moskva və Bütün Rusiya Patriarxı Kirillə 65 illik yubileyi münasibəti ilə «Şeyxülislam Ordenini» təqdim etdi>>>

Cari ilin 21 noyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam Haci Allahşükür Paşazadə Moskva və Bütün Rusiya Patriarxı Kirillin 65 illiyinə həsr edilmiş təntənəli mərasimdə iştirak etmişdir. Yubileydə görkəmli dövlət, ictimaiyyət xadimləri, müxtəlif dini konfessiyaların və Rusiyada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak etmişdirlər...........>
  


General-leytenant Aleksandr Volox cəsarət və vətəndaş mövqeyinə görə Azərbaycan Parlamenti tərəfindən medalla təltif olunmuşdur>>>

Cari ilin 9 noyabr tarixində Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Füzuli rayonunun keçmiş hərbi komendantı, daxili xidmətin istefada olan general-leytinantı Aleksandr İvanoviç Voloxun Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə təltif etmə mərasimində iştirak etmək məqsədi ilə Sankt-Peterburqa səfər etmişdir. Sankt-Peterburqun Tavriçeski Sarayında Milli Məclisin sədri Oqtay Əsədov təntənəli surətdə A.Voloxa mükafatını təqdim etdi...........>
  


Sankt-Peterburqda Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərinin sərgisi açılmışdır>>>

Cari ilin 27 oktyabr tarixində Rusiya Dövlət Muzeyinin Stroqanov sarayında Sankt-Peterburqda Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərinin sərgisi keçirilmişdir. Ustadın anadan olmasının 100 illiyinə həsr olunmuş ekspozisiyada 1960-80-cı illərdə Hüseyn Əliyevin qeyri adi monotipiya üslubu ilə yaradılmış 60 yaxın rəsmi nümayiş etdirilmişdir...........>
  


Azərbaycan Səfiri Sankt-Peterburqda Azərbaycan diasporu ilə görüş keçirmişdir>>>

Cari ilin 26 oktyabr tarixində Sankt-Peterburqda Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun azərbaycan diasporunun nümayəndələri ilə görüşü keçirilmişdir...........>
  


Moskvada Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd edilmişdir>>>

19 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar qəbul keçirilmişdir...........>
  


Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır>>>

Cari ilin 19 oktyabr tarixində Heydər Əliyev Fondu və Səfirliyin təşkilatı dəstəyi ilə Rusiyanın M.İ.Rudomino adına Xarici Ədəbiyyat Dövlət Kitabxanasında MDB ölkələri arasında ilk olan Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılışı baş tutmuşdur...........>
  


Azərbaycanlı iqtisadçı-tədqiqatçıların "Azərbaycanın münaqişə sonrası ərazilərinin bərpası: konseptual əsaslar" kitabının Moskvadakı təqdimatı>>>

Cari ilin 17 oktyabr tarixində Moskvada Rusiya Dövlət Humanitar (RDHU) Universitetində "Vestnik Kafkaza" informasiya agentliyi, Keçmiş sovet məkanı ölkələri kafedrasının və Qafqazın və Azərbaycan üzrə Strateji Araşdırmalar İnstitutunun təşkilatı dəstəyi ilə "Azərbaycanın münaqişə sonrası ərazilərinin bərpası: konseptual əsaslar" kitabın təqdimat mərasimi baş tutmuşdur...........>