A.Paşazadə Moskva və Bütün Rusiya Patriarxı Kirillə 65 illik yubileyi münasibəti ilə "Şeyxülislam Ordenini" təqdim etdi

Cari ilin 21 noyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam Haci Allahşükür Paşazadə Moskva və Bütün Rusiya Patriarxı Kirillin 65 illiyinə həsr edilmiş təntənəli mərasimdə iştirak etmişdir. Yubileydə görkəmli dövlət, ictimaiyyət xadimləri, müxtəlif dini konfessiyaların və Rusiyada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak etmişdirlər.

"Xram Xrista Spasitelya" kilsəsində keçirilmiş təntənəli mərasimdə Azərbaycan Səfiri Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Patriarxın dostluq və mehriban qonşuluq münasibətlərinə, konfessialararası sülhə və razılığa verdiyi şəxsi əməyinin yüksək qiymətləndirildiyi təbrik məktubunu oxudu.

A.Paşazadə Rus Pravoslav Kilsəsinin rəhbərinə "dinlərarası və millətlərarası dialoqa, MDB məkanında və bütün dünyada mədəni əlaqələrin möhkəmlənməsinə, RPK və QMİ arasında, Rusiya və Azərbaycan xalqları arasında" "Şeyxülislam Ordenini" təqdim etdi.

Tədbirdəki çıxışında A.Paşazadə RPK başçısının fəaliyyətini yüksək qiymətləndirərək, Qafqazdakı problemlərə diqqətlə yanaşdığını qeyd etdi. O, "Biz əməkdaşlığımızı yüksək qiymətləndirir, Zati-müqəddəslərinizin Qarabağ münaqişəsinin sülhlə həll olunmasındakı vasitəçi fəaliyyətini, həmçinin konsessiyalar arası dialoqun möhkəmlənməsindəki fəaliyyətini yüksək qiymətləndirir və dərindən minnətdardıq" deyə bildirdi.

Daha sonra iki ölkənin dini liderlərinin qarşılıqlı görüşü baş tutdu. Patriarx Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikinə görə öz dərin minnətdarlığını bildirdi. O, həmçinin A.Paşazadəyə yubileyində iştirakına görə və «Şeyxülislam Ordeni» ilə təltif olunmasına görə azərbaycan xalqına və bütün Qafqaz müsəlmanları icmasına öz dərin təşəkkürünü bildirdi. O, Azərbaycan və QMİ ilə əməkdaşlığa xüsusi diqqətlə yanaşdığını bildirərək, konfessiyalar arasında sülhün əldə edilməsi sahəsində A.Paşazadənin xüsusi yeri və rolu olduğunu qeyd etdi.

Öz cavabında A.Paşazadə Azərbaycanda Patriarxa qarşı böyük etimad və hörmətlə münasibət göstərildiyini deyərək, onun Azərbaycana səfərlərinin, Təzə Pir məscidini ziyarətinin və müsəlmanlar qarşısındakı çıxışlarının tarixi hadisə olduğunu qeyd etdi. Söhbət əsnasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Moskva və Bütün Rusiya Patriarxı Kirillin həmsədrləri olduqları Müstəqil Dövlətlər Birliyi müsəlmanlarının Məşvərət Şurasının işinin fəallaşması mövzusuna toxunuldu.